logo

Prokurorluq kanaldan qadın meyitinin tapılması faktını araşdırır

15:55 27-06-2024 | icon 1967
Prokurorluq kanaldan qadın meyitinin tapılması faktını araşdırır

İyunun 26-da saat 17 radələrində Tərtər şəhəri ərazisindən keçən su kanalında Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkarlanması faktı ilə bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, hadisənin başvermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.