logo

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi açıqlanıb

14:44 27-06-2024 | icon 2030
Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi açıqlanıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin görüşlərinə iyunun 29-da start veriləcək.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə İsveçrə və İtaliya yığmaları üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün ikinci matçı isə Almaniya ilə Danimarka komandaları arasında olacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Avro-2024

1/8 final mərhələsinin təqvimi

29 iyun

20:00. İsveçrə - İtaliya

23:00. Almaniya - Danimarka

30 iyun

20:00. İngiltərə - Slovakiya

23:00. İspaniya – Gürcüstan

1 iyul

20:00. Fransa - Belçika

23:00. Portuqaliya – Sloveniya

2 iyul

20:00. Rumıniya – Niderland

23:00. Avstriya - Türkiyə

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.