logo

İsmayıllıda torpaq sürüşməsi:Kəndlə rayon mərkəzi arasında əlaqə kəsilib

11:51 27-06-2024 | icon 1575
İsmayıllıda torpaq sürüşməsi:Kəndlə rayon mərkəzi arasında əlaqə kəsilib

Son günlər yağan güclü leysan yağışlardan sonra İsmayıllının Qoydan kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, dağlardan gələn lil qatı kəndin yollarını bağlayıb, avtomobillərin hərəkəti məhdudlaşıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Kəndə gedən yol çay ərazisindən keçir və hazırda çayda suyun çox olması səbəbindən əraziyə texnika və işci qüvvəsi cəlb etmək mümkün deyil.