logo

Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedib

10:20 27-06-2024 | icon 4354
Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedib

İyunun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.