logo

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

22:13 26-06-2024 | icon 2499
“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib.

YeniAvropa xəbər verir ki, “Neftçi”nin ilk emblemindən ilhamlanaraq yaradılan və dövrün tələblərinə uyğun müasirləşdirilən yeni loqo ənənəvi ağ-qara fonda hazırlanıb.

Loqoda ilk emblemin konturlarından, klubun adının baş hərfi olan “N” hərfi və neft buruqlarından istifadə olunub. Bununla da klubun köklərinə və dəyərlərinə sadiqlik nümayiş etdirilib.

Loqo ilə yanaşı, klubun yeni sloqanı da hazırlanıb. “İllərin “Neftçi”si, gələcək nəsillərin “Neftçi”si!” adlanan sloqan “ağ-qaralar”ın “xalqın komandası” adlandırılmasını və Azərbaycanın ən köklü klubu olmasını özündə birləşdirir.

“Sabah”ın yeni loqosunda isə top elementi klubun simvolu olan bayquşla əvəz olunub. Əvvəlki loqoda istifadə olunmuş kənar xətlərin sayı azaldılaraq, loqo maksimum sadələşdirilib. Bundan sonra “Sabah” adı altında fəaliyyət göstərən bütün klublar vahid loqo ilə təmsil olunacaq.

file..01+09

Qeyd edək ki, loqoda yer alan bayquş müdriklik və intellekti simvolizə edir. Günəş - yeni gün, yeni ümidlər və gələcəyin nişanıdır. Qalxan - cəsarət, inam və məğlubedilməzlik simvoludur. Çəhrayı rəng isə Masazır gölünün rəngini özündə əks etdirir.