“Neftçi”yə ukraynalı yeni baş məşqçisi təyin edilib
“Neftçi”nin baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.
Klubdan YeniAvropa-ya verilən məlumata görə, təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan məşqçi ilə anlaşma əldə edilib. Onunla 2 il müddətinə müqavilə imzalanıb.
Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.
Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə ölkə kubokunu (2005, 2007) qazandırıb. O, Latviyada ən yaxşı məşqçi adına da layiq görülüb (2009).
R.Qriqorçukun rəhbərliyi ilə Odessanın “Çernomorets” klubu 2010/2011-ci illər mövsümündə Premyer Liqaya çıxıb, 2012/2013-cü illər mövsümündə isə Ukrayna Kubokunun finalçısı olaraq UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrup mərhələsinə yüksəlib, daha sonra isə 1/16 finala vəsiqə qazanıb. Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb. O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun sükanı arxasına keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və Superkubokunun qalibi edib.
Məzahir Pənahov Özbəkistanda parlament seçkilərini izləyəcək
Sabah Bakıda yağış yağacaq, 15° isti olacaq
Nazir və komitə sədrlərinin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Bakıda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiyalar nazirlərinin toplantısı keçiriləcək
İranın hava məkanının bağlanması səbəbindən bəzi təyyarələr Bakıya enib
Sumqayıtda bir gün su olmayacaq
"COP29"a hazırlıq:Bu gecə paytaxtda bəzi yollar bağlanacaq
MSK-nın istənilən nəticəsini qəbul edəcəyik-Gürcüstanın baş naziri
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı piyadalara müraciət edib
“Qaradağ” GES-də iindiyədək 459 milyon kVt elektrik enerjisi istehsal olunub
12 ölkədən olan səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycan nefti 76,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib
Gürcüstanda parlament seçkiləri keçirilir
Sabah ölkə ərazisində leysan, dolu və qar yağacaq
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Nərimanov rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib
Azərbaycan Dünya Bankı ilə "COP29"da görüləcək işləri müzakirə edib
Bakının iki mərkəzi hissəsinə avtomobillərin girişi qadağan edilir
Şəmkirdə 24 yaşlı gənc olub: Üstünə beton plitənin düşüb
Azərbaycan UEFA reytinqində 28-ci pillədədir
Böyük Britaniya-Rusiya iqtisadi əlaqələri sıfra enib
Azərbaycan nefti 75,32 dollara satılır
İdmançılarımız Gimnaziadada mübarizəyə başlayırlar