logo

"EURO-2024": Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

16:13 26-06-2024 | icon 2044
"EURO-2024": Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

YeniAvropa xəbər verir ki,  E və F qruplarında ümumilikdə 4 oyun baş tutacaq.

E qrupunda Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşacaq. İlk iki turdan sonra bütün dörd komandanın hər birinin aktivində 3 xalı var. Odur ki, bu qrupda bütün suallara məhz sonuncu turda aydınlıq gələcək.

F qrupunda isə Türkiyə seçməsi Çexiyanı, Portuqaliya kollektivi isə Gürcüstanı sınağa çəkəcək. Hazırda Portuqaliya 6 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla ikincidir. "Ay-ulduzlular"a qrupdan çıxmaq üçün 1 xal da kifayət edəcək. Digər iki yığmanın isə 1 xalı var və onların da pley-offa adlamaq şansları davam edir.

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.