Sabah Bakıda yağış,bəzi bölgələrdə qar yağacaq, şimşək çaxacaq
Azərbaycanda iyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək, səhər mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 25-28° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək, səhər mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-23°, gündüz 25-30° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34° isti olacağı ehtimal edilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-21°, bəzi yerlərdə 24° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-20°, bəzi yerlərdə 24° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 25-30° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Ağdaş, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 25-30° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 22-26° isti, dağlarda gecə 17-19°, gündüz 20-23° isti olacağı gözlənilir.
Məzahir Pənahov Özbəkistanda parlament seçkilərini izləyəcək
Sabah Bakıda yağış yağacaq, 15° isti olacaq
Nazir və komitə sədrlərinin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Bakıda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiyalar nazirlərinin toplantısı keçiriləcək
İranın hava məkanının bağlanması səbəbindən bəzi təyyarələr Bakıya enib
Sumqayıtda bir gün su olmayacaq
"COP29"a hazırlıq:Bu gecə paytaxtda bəzi yollar bağlanacaq
MSK-nın istənilən nəticəsini qəbul edəcəyik-Gürcüstanın baş naziri
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı piyadalara müraciət edib
“Qaradağ” GES-də iindiyədək 459 milyon kVt elektrik enerjisi istehsal olunub
12 ölkədən olan səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycan nefti 76,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib
Gürcüstanda parlament seçkiləri keçirilir
Sabah ölkə ərazisində leysan, dolu və qar yağacaq
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Nərimanov rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib
Azərbaycan Dünya Bankı ilə "COP29"da görüləcək işləri müzakirə edib
Bakının iki mərkəzi hissəsinə avtomobillərin girişi qadağan edilir
Şəmkirdə 24 yaşlı gənc olub: Üstünə beton plitənin düşüb
Azərbaycan UEFA reytinqində 28-ci pillədədir
Böyük Britaniya-Rusiya iqtisadi əlaqələri sıfra enib
Azərbaycan nefti 75,32 dollara satılır
İdmançılarımız Gimnaziadada mübarizəyə başlayırlar