logo

Ermənistan Fələstinin müstəqilliyini tanıyıb

12:12 21-06-2024 | icon 2492
Ermənistan Fələstinin müstəqilliyini tanıyıb

Ermənistan Fələstin dövlətinin müstəqilliyini tanıyıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistan müxtəlif beynəlxalq platformalarda həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib, İsrail-Fələstin münaqişəsinin həlli üçün “iki dövlət” prinsipini dəstəkləyib. Əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərinin həyata keçirilməsini təmin etməyin yeganə yoludur”.

XİN bildirib ki, Ermənistan beynəlxalq hüquqa əsaslanaraq xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək Fələstin dövlətini tanıyır.