logo

Parlamentin bugünkü iclasının gündəliyində dəyişiklik edildi

11:55 21-06-2024 | icon 924
Parlamentin bugünkü iclasının gündəliyində dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyində dəyişiklik edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət olunması haqqında məsələ əlavə edilib. Bununla da parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb.