İyunun 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın enerji obyektlərinə güclü zərbələr endirib. Hücumlarda istifadə edilən PUA-lar bu ölkənin dörd regionunda energetika avadanlığına zərər vurub.
YeniAvropa xəbər verir ki, bu barədə “Telegram Ukrenergo” kanalındakı məlumata istinadla xəbər verir.
Məlumatda qeyd edilib: “Bu gün gecə saatlarında PUA-lar Ukraynanın mülki energetika infrastrukturuna yeni ağır zərbələr endirib”.
PUA hücumları nəticəsində Vinnitsa, Dnepropetrovsk, Donetsk və Kiyev vilayətlərində obyektlərə ciddi ziyan dəyib.
Bu, Ukraynanın enerji obyektlərinə yeddinci kütləvi hücumdur.