logo

Ermənistan KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclasına qatılmır

20:30 19-06-2024 | icon 2674
Ermənistan KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclasına qatılmır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Xarici İşlər Nazirləri Şurasının Almatıdakı iclasında iştirak etməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə "Armenpress"ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

2024-cü il iyunun 21-də Almatıda Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtuleunun sədrliyi ilə KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasda beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

İclasın yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı və bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.