logo

600 misirli zəvvar Həcc ziyarətində istidən dünyasını dəyişib

15:15 19-06-2024 | icon 2625
600 misirli zəvvar Həcc ziyarətində istidən dünyasını dəyişib

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 600 misirli zəvvar dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə “Agence France-Presse”  məlumat yayıb.

“Ölümlər isti səbəbindən baş verib”, - deyə agentliyin mənbəsi bildirib.

AFP daha əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istilər səbəbindən 550 zəvvarın, o cümlədən 323 misirlinin öldüyünü bildirmişdi. Zəvvarların ölümünə çox vaxt isti hava və ya əzilmək səbəb olur. Bu il Həcc dövründə Məkkədə temperatur 52 dərəcəyə çatır.