logo

Balakəndə 4 ton çətənə kolu məhv edilib

11:55 19-06-2024 | icon 1442
Balakəndə 4 ton çətənə kolu məhv edilib

Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gərəkli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 4 ton olan 4500 ədəd çətənə kolu yandırılaraq məhv edilib.