logo

Sabah 5 günlük tətildən sonra ilk iş günüdür

09:28 19-06-2024 | icon 2492
Sabah 5 günlük tətildən sonra ilk iş günüdür

Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 günlük tətil bu gün başa çatır. 

YeniAvropa xəbər verir ki,sabah bayram tətilindən sonra ilk iş günü olacaq. iş olmayacaq.

Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri hesab edilib. Beləiliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri bayram tətili olub.