logo

"EURO-2024":Türkiyə millisi çempionata inamlı qələbə ilə başladı

21:52 18-06-2024 | icon 2982
"EURO-2024":Türkiyə millisi çempionata inamlı qələbə ilə başladı

Türkiyə millisi Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında mübarizəyə başlayıb.

YeniAvropa xəbər verir ki, “ay-ulduzlular” F qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qardaş ölkə seçməsinin qələbəsi ilə başa çatıb - 3:1.

Qarşılaşmada hesabı 25-ci dəqiqədə Türkiyə millisinin heyətində Mərt Müldür açıb. 32-ci dəqiqədə gürcülər Jorj Mikautadzenin qolu ilə tarazlığı bərpa ediblər. 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Çexiya yığmaları üz-üzə gələcəklər.