logo

Vilyam Hacıyevin cəzası azaldılıb

15:15 14-06-2024 | icon 2219
Vilyam Hacıyevin cəzası azaldılıb

İmişli rayon İcra Hakimiyyətinin(RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyev kassiya şikayətinə baxılıb.

YeniAvropa xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin cəzası 8 il 6 ay müddətinə azaldılıb.

Xatırladaq ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

Vilyam Hacıyev Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.