logo

EURO-2024 Almaniyaya 1 milyard dollar gəlir gətirəcək

14:34 14-06-2024 | icon 2660
EURO-2024 Almaniyaya 1 milyard dollar gəlir gətirəcək

Futbol üzrə Avropa çempionatına (EURO-2024) ev sahibliyi Almaniyaya böyük məbləğdə gəlir gətirə bilər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, qitə çempionatının ölkəyə 1 milyard ABŞ dolları qazandıracağı proqnozlaşdırılır. Burada əsas amil kimi Almaniyaya turist axınının artması göstərilib.

Qeyd edək ki, Avropa çempionatına Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək. Açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında olacaq. Münhen şəhərində yerləşən “Alyants Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.