Azərbaycanda günəş enerjisi istehsalı 8 dəfə artıb
Cari ilin yanvar-may ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 5,5 faiz azalaraq 11 milyard 231,4 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 9 milyard 685,6 milyon kilovat-saat, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 525 milyon kilovat-saat artımla 1 milyard 197,3 milyon kilovat-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 189,4 milyon kilovat-saat artımla 348,5 milyon kilovat-saat təşkil edib. Beş ay ərzində külək elektrik stansiyalarında 26,3 milyon kilovat-saat, günəş elektrik stansiyalarında ötən ilin müvafiq dövrünə nisbətən 181 milyon kilovat-saat və ya 8 dəfə artımla 206,5 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 115,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 milyard 900,6 milyon kilovat-saat (İES-lərdə 8 milyard 789,5 milyon kilovat-saat, SES-lərdə 1 milyard 111,1 milyon kilovat-saat), Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə 177,3 milyon kilovat-saat (İES-lərdə 73,9 milyon kilovat-saat, SES-lərdə 79,2 milyon kilovat-saat, Günəş ES-də 24,2 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 19,2 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 134,3 milyon kilovat-saat təşkil edib.
Yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 2,9 dəfə azalaraq 426,8 milyon kilovat-saat, idxalı isə 1,6 dəfə artaraq 80,9 milyon kilovat-saat olub.
Qeyd edək ki, 2024-cü ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1,71 faiz azalaraq 1 milyard 999,5 milyon kilovat-saat olub. Bu ayda elektrik enerjisinin ixracı 2,1 dəfə artaraq 20,4 milyon kilovat-saat, idxalı isə 2 dəfə artaraq 19 milyon kilovat-saat təşkil edib.
Məzahir Pənahov Özbəkistanda parlament seçkilərini izləyəcək
Sabah Bakıda yağış yağacaq, 15° isti olacaq
Nazir və komitə sədrlərinin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Bakıda TDT Sənaye, Elm, Texnologiya və İnnovasiyalar nazirlərinin toplantısı keçiriləcək
İranın hava məkanının bağlanması səbəbindən bəzi təyyarələr Bakıya enib
Sumqayıtda bir gün su olmayacaq
"COP29"a hazırlıq:Bu gecə paytaxtda bəzi yollar bağlanacaq
MSK-nın istənilən nəticəsini qəbul edəcəyik-Gürcüstanın baş naziri
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı piyadalara müraciət edib
“Qaradağ” GES-də iindiyədək 459 milyon kVt elektrik enerjisi istehsal olunub
12 ölkədən olan səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycan nefti 76,63 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib
Gürcüstanda parlament seçkiləri keçirilir
Sabah ölkə ərazisində leysan, dolu və qar yağacaq
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Nərimanov rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib
Azərbaycan Dünya Bankı ilə "COP29"da görüləcək işləri müzakirə edib
Bakının iki mərkəzi hissəsinə avtomobillərin girişi qadağan edilir
Şəmkirdə 24 yaşlı gənc olub: Üstünə beton plitənin düşüb
Azərbaycan UEFA reytinqində 28-ci pillədədir
Böyük Britaniya-Rusiya iqtisadi əlaqələri sıfra enib
Azərbaycan nefti 75,32 dollara satılır
İdmançılarımız Gimnaziadada mübarizəyə başlayırlar