Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər.
YeniAvropa xəbər verir ki, onlardan biri “EFES - 2024”, digəri isə "Anadolu Ankası-2024" təlimləridir.
“EFES - 2024” təlimi 25 aprel-8 may və 9-30 may tarixləri olmaqla iki mərhələdə keçirilir. Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən çoxmillətli təlimdə 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyət iştirak edir. Bu ölkələr Türkiyə, Azərbaycan, Almaniya, ABŞ, Albaniya, Avstraliya, Bəhreyn, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Bosniya və Herseqovina, Braziliya, Burkina Faso, Mərakeş, Filippin, Fransa, Qambiya, Qvineya, Gürcüstan, İtaliya, Kamerun, Qətər, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Konqo, Kosovo, Küveyt, Şimali Makedoniya, Misir, Latviya, Liviya, Macarıstan, Mali, Meksika, Monqolustan, Moldova, Niger, Nigeriya, Özbəkistan, Pakistan, Polşa, Ruanda, Somali, Səudiyyə Ərəbistanı, Tacikistan, Tanzaniya, Uqanda, Zambiya və Zimbabvedir.
“EFES - 2024” bu günə qədər keçirilən "EFES" seriyalı təlimlər arasında iştirakçı sayına görə ən böyük təlim olacaq. Təlim çərçivəsində mayın 28-də İzmir Seferihisardakı Doğanbey Təlim sahəsində 48 müdafiə sənayesi şirkəti tərəfindən müdafiə sənayesi sərgisi açılacaq. Təlimin Faktiki Atış Sahəsi Fazasının elit müşahidəçi günü mayın 29-30-da keçiriləcək.
Bundan başqa, Azərbaycan, Qətər, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığında “Anadolu Ankası-2024” beynəlxalq təlimi keçirilir.
6-17 may tarixini əhatə edən təlimin məqsədi şəxsi heyətin xilasetmə əməliyyatları çərçivəsində komanda və idarəetmə prosesini sınaqdan keçirmək və təkmilləşdirmək, şəxsi heyətin xilasetmə əməliyyat qrupunun ünsürləri ilə döyüş şəraitində digər ölkələrlə qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, həmçinin əməkdaşlıq sahələrini müəyyən etməkdir.
Mayın 16-da Türkiyənin Jandarma Baş Komandanlığı və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə yanaşı, xarici tərəfdaşların da qatılacağı təlimin mətbuat günü keçiriləcək.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb