logo

Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski

13:33 06-09-2024 | icon 2506
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski

Artıq Ukrayna ona verilən "F-16" qırıcılarından istifadə etməyə başlayıb, lakin onların sayı hələ də azdır.

YeniAvropa xəbər verir ki, bunu Ukraynaya hərbi yardım üzrə təmas qrupunun (Ramşteyn formatı) iclasında çıxışı zamanı prezident Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, döyüş təyyarələri Rusiya raketlərini və PUA-larını vurur. “Ancaq onlar azdır, bunu bilirsiniz. Bizə daha güclü "F-16" donanması lazımdır”, - deyə Zelenski görüşün keçirildiyi Almaniyadakı Amerika Ramşteyn aviabazasında çıxış edərkən bildirib.

Avqustun 4-də Ukrayna prezidenti Qərb müttəfiqləri tərəfindən "F-16" qırıcılarının ilk partiyasını Kiyevə tədarük olunduğunu təsdiqləmişdi. Britaniyanın “The Economist” jurnalının məlumatına görə, Ukrayna 10 belə döyüş maşını alıb və ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Ümumilikdə isə Ukraynaya  79 ədəd "F-16" verilməsi nəzərdə tutulur.