32 ildən sonra Şuşada ilk dərs günü
İşğaldan azad edilmiş Şuşa şəhərində 32 ildən sonra ilk məktəb zəngi çalınıb.
YeniAvropa xəbər verir ki, Bilik Günü münasibətilə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları, məktəblilər əvvəlcə 1 nömrəli tam orta məktəbə yürüş ediblər. Sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müəllim və şagirdlər qarşısında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Bildirib ki, bu gün Azərbaycan xalqı üçün tarixi günlərdən biridir. Bu tarixi gün Şuşa məktəblilərinin xatirəsində daim qalacaq.
Şuşanın Azərbaycan təhsilində mühüm yer tutduğunu deyən nazir bu ənənənin davamlı olacağına əminliyini ifadə edib: “Şuşa işğaldan azad olunduqdan sonra şəhərdə təməli qoyulan ilk binalardan biri Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binası olub. Məktəb binası ən müasir standartlarla tikilərək bu gün istifadəyə verilir. Əminəm ki, Şuşa məktəbi Azərbaycan təhsil sisteminin ən öndəgedən məktəblərindən olacaq” – deyə, E.Əmrullayev əlavə edib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, əməkdar müəllim Asif Cahangirov da Bilik günü münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar, Şuşa təhsilini daim zirvələrdə saxlamağı arzulayıblar.
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova təhsil ocağı barədə məlumat verib. Bildirib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar da var. Məktəbin şagirdləri ən qabaqcıl standartlara uyğun təhsil alacaqlar.
Direktor dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıya əməli işlə cavab verəcəklərini bildirib.
Sonra yeni dərs ilinin zəngi çalınıb, müəllim və şagirdlər sevinc hissi ilə sinif otaqlarına daxil olublar.
Sonda məktəbdə yaradılan şəraitə baxış keçirilib.
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib