Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
“Turnir güclü mübarizə şəraitində keçəcək”.
YeniAvropa xəbər verir ki, bu sözləri şahmat üzrə "Vüqar Həşimov Memorialı-2024"ün direktoru Anar Allahverdiyev yarışa həsr olunmuş mətbuat konfransında deyib.
O, dəstəyə görə prezident İlham Əliyevə təşəkkür edib: "Çalışacağıq ki, bizə olan etimadı doğruldaq. Superturnirin Şuşada keçirilməsi möhtəşəmdir. Bütün dünyanın gözü orada olacaq. Eyni zamanda, bu, bölgələrdə şahmat idman növünün inkişafına da müsbət təsir edəcək. Turniri daimi olaraq Şuşa şəhərində təşkil etmək istəyirik".
Yarışın baş hakimi Rauf Hacılı mübarizənin iki hissədən ibarət olacağını söyləyib.
Turnirin Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov yarışda iştirak üçün dəvəti qəbul edən şahmatçılara minnətdarlığını bildirib. O, dünyaşöhrətli qrosmeyster Maqnus Karlsenə təklif göndərdiklərini, lakin norveçli idmançının səfərinin müəyyən səbəblərə görə alınmadığını deyib. Q.Həşimov yarışın Beynəlxalq Şahmat Federasiyasının təqviminə salındığını əlavə edib.
Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə sentyabrın 25-30-da təşkil olunacaq. 10 şahmatçının iştirak edəcəyi yarışda ilk 5 yerin sahiblərinə pul mükafatı veriləcək.
Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da olacaq. Turnir “Şuşa” otelində reallaşacaq.
10-cu dəfə keçiriləcək Vüqar Həşimov Memorialının baş hakimi müstəqil Azərbaycanın ilk çempionatının qalibi Rauf Hacılı olacaq.
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib