DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək. Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq. İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.
İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 2-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 santimetr ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 241, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 159 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 75 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
İmtahanda 3 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçi təyin edilib.
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib