logo

Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan  yolu bağlanacaq

16:56 06-09-2024 | icon 1092
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan  yolu bağlanacaq

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan avtomobil yolunun 3-cü kilometrində (“Bravo” marketin yaxınlığı) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq sentyabrın 6-sı saat 22:00-dan etibarən qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən YeniAvropa-ya verilən məlumata görə, görülən işlər zamanı yol bağlanmır.

Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.