logo

Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır

15:52 06-09-2024 | icon 973
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır

Cari il aprelin 29-da Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, istintaqla 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Kamal Əhmədova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilərək onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri nəticəsində cinayət əməli törədilən zaman Kamal Əhmədovun anlaqsız vəziyyətdə olması, habelə cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etməsi müəyyənləşdirildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması üzrə icraat başlanıb.

İş üzrə istintaq tamamlanaraq Kamal Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.