“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb
Ölkənin ən sürətlisi “Bakcell”, 4 sentyabr tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə jurnalistlər üçün səhər yeməyi təşkil edib.
YeniAvropa xəbər verir ki, görüşdə “Bakcell” və “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” nümayəndələri Azərbaycanda keçiriləcək sürət yarışının əhəmiyyəti barədə ətraflı danışıb, media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
“Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxışında “Bakcell” və “FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024” çərçivəsində tərəfdaşlığın təsadüfi olmadığını vurğulayıb: “Hər iki tərəf özündə sürət və innovasiyaları ehtiva edir. Aprel ayında yeni brend strategiyasını təqdim edən “Bakcell”, ötən dövr ərzində bir sıra innovativ və yüksək sürətli məhsullarını istifadəçilərin ixtiyarına verib. Belə ki, şirkət ölkəmizdə mövcud ən sürətli internet xidmətini - “Fiber 1” məhsulunu təqdim edib. Bundan əlavə, “Bakcell”in yeni məhsulları olan VoWiFi (Wi-Fi üzərindən zəng) xidməti, ən geniş partnyor şəbəkəsinə malik “Bakcell Kart” və süni intellekt dəstəkli “Tarif Məsləhətçisi” müştərilərimizin xüsusi marağına səbəb olub”.
Qeyd edək ki, “Bakcell” “FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024”ün rəsmi tədbir sponsorudur. Bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) çərçivəsində müqavilə imzalanıb.
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya
xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Rumıniya indiyədək 10 milyondan çox ukraynalı qaçqını qəbul edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi MAXE qəbulu elan edib
Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq
İlham Əliyev Rusiyaya səfərə gedib
Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışından təəssüflənir
Paytaxtda qazanxanadakı partlayışda 2 nəfər xəsarət alıb
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
Sabah Bakıda 28° isti olacaq
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib
AZAL "COP29"a görə ölkəyə gələnlərə 10% endirim təklif edir
Türkiyədə “Kızılelma” pilotsuz hərbi təyyarənin kütləvi istehsalına başlanılıb
Cari ildə “Şahdəniz”dən 3,2 dəfə az gəlir əldə edilib
Parlament seçkisi öncəsi Gürcüstan-ABŞ gərginliyi davam edir
9 ayda “Azəri-Çıraq-Günəşli”nin gəlirləri 630,2 milyon $ azalıb
“Neftçi”nin baş məşqçi ilə 2 illik müqaviləsi cəmi 4 ay çəkdi
Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü qeyd edilib
"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gündən “Nobel həftəsi” başlayır
Məzahir Pənahov Qazaxıstandakı refendumu şəffaf və demokratik adlandırıb
Buzovnada 47 yaçlı kişini öldürən yeniyetmə saxlanılıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Ukrayna Ordusu Rusiyanın atdığı 2 raket və 56 PUA-nı məhv edib