logo

Bakı-Qazax magistralında daşla dolu “KamAZ” aşdı, yol bağlandı

11:56 13-01-2019 | icon 3731
Bakı-Qazax magistralında daşla dolu “KamAZ” aşdı, yol bağlandı

Bu gün səhər saatlarında Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

YeniAvropa xəbər verir  ki,  Bakı-Qazax magistral yolunda "KamAZ" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınındakı mişar daşları asfalta dağılıb və yol müəyyən müddətə birtərəfli qaydada bağlanıb.