"COP29":Noyabrın 9-dan Yaşıl Zonaya ödənişsiz biletləri onlayn almaq mümkün olacaq
Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonaya giriş biletlərini noyabrın 9-dan başlayaraq əldə etmək olar.
COP29 Əməliyyat Şirkətindən YeniAvropa-ya bildirilib ki, geniş ictimaiyyət üçün açıq olacaq Yaşıl Zona üzə biletləri ödənişsiz olaraq onlayn qaydada əldə etmək mümkün olacaq.
Məlum olduğu kimi, COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmi danışıqların mərkəzi olan Mavi Zona ilə yanaşı, həmçinin COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən və icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığa yönəlik Yaşıl Zona da fəaliyyət göstərəcək. Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.
Ümumilikdə, Yaşıl Zona proqramı müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələri əhatə edir, iqlim dəyişmələri üzrə həllərin təşviqi sahəsində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini təşviq edir.
İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyən hər kəs üçün açıq olan Yaşıl Zonaya giriş biletlərini ödənişsiz şəkildə iTicket platforması vasitəsilə elektron formada əldə etmək mümkün olacaq. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb edilmir.
Qeyd edək ki, Yaşıl Zonaya böyük maraq nəzərə alınaraq sözügedən biletlər konfransın keçiriləcəyi müddət ərzində hər gün üçün və həmin günlərin müxtəlif saatları üzrə ayrıca əldə edilməlidir. Biletlər hər növbəti gün üçün iki gün öncədən buraxılacaq.
Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə etmək, aidiyyəti sualları isə [email protected] ünvanına yönləndirmək olar.
Yasamalda 17 mərtəbəli binada yanğın:Sakinlər təxliyə edildi
Azərbaycan II Beynəlxalq Xəzər Rəqəmsal Forumunda təmsil olunur
"COP29":Noyabrın 9-dan Yaşıl Zonaya ödənişsiz biletləri onlayn almaq mümkün olacaq
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri ilə regional məsələləri müzakirə edib
İlham Əliyev bir qrup kənd təsərrüfatı işçisini orden və medallatla təltif edib
Noyabrın ilk günləri ölkə ərazisində yağmursuz keçəcək
Azərbaycan idmançıları Gimnaziadada 81 medal qazanıblar
Zakir Həsənov “Mərakeş Aviaşou-2024”ün açılış mərasimində iştirak edib
Paytaxtda avtomobillərdən kütləvi oğurluq edən şəxslər saxlanılıb
Qazaxıstan "COP29"da ilk dəfə öz pavilyonunu təqdim edəcək
Salyanda kombayn ilə "Mercedes” toqquşub:4 nəfər xəstəxanaya yerləşdirib
“General Hospital”ın vəzifəli şəxslərinə cinayət işi açılıb
Sabah Bakıda 20° isti olacaq
Fəridə Əzizova Azərbaycan taekvondo millisində baş məşqçi oldu
Azərbaycanın axtarışa verdiyi şəxs Astana aeroportunda saxlanılıb
"İnterpol"la axtarılan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
3 ildə Rusiyadan Bakı metrosu üçün 65 vaqonlu 13 qatar gətiriləcək
İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Xaçmazda "Jiquli" süpürgəçi qadını vuraraq öldürüb
İlham Əliyev yeni nəsil metro qatarları ilə tanış olub
Azərbaycanın qadın boksçusu tarixi nəticəyə imza atıb
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub
Azərbaycan nefti 73,66 dollara satılır
Ankarada TDT ölkələrində sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib