Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 17 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Nazirliyin qüvvələrinin müdaxiləsi sayəsində onyeddi mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.