logo

Sabah İranda ümummilli matəm günü elan olunub

23:17 14-01-2018 | icon 2401
Sabah İranda ümummilli matəm günü elan olunub

İran hökumətinin qərarı ilə sabah,  yanvarın 15-i ölkədə ümummilli matəm günü elan edilib. YeniAvropa xəbər verir ki,İranın “Sançi” neft tankerinin qəzaya uğraması və 32 ekipaj üzvünün hamısının bu hadisədə həyatını itirməsindən sonra İran hökuməti bəyanat yayaraq, ölkədə ümummilli matəm elan edib. Bəyanatda həmçinin, hadisə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verilib.

Xatırladaq ki yanvarın 6-da Çinin şərq sularında Honq Konqa məxsus yük gəmisinin İranın neft tankeri ilə toqquşması nəticəsində İranın neft tankeri yanğına məruz qalmışdı.

İranın Limanlar və Dənizçilik Təşkilatı yanvarın 14-də "Sançi" neft tankerinin sulara qərq olması və 32 ekipaj üzvünün hamısının bu acı hadisədə həyatını itirməsi xəbərini təsdiq edib