Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Noyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid ailələri, müharibə veteranları ilə işləyən, hərbiyönümlü istiqamət üzrə fəaliyyət göstərən bir sıra QHT-lərin rəhbərləri, ekspertlər və bloQerlərlə görüş keçirilib.
Müdafiə Nazirliyinindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyanın, Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının məsul şəxsləri də iştirak edib.
Əvvəlcə torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov bildirib ki, vətəndaş cəmiyyəti təmsilçiləri ilə bu görüş Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasına uyğun olaraq keçirilir. General-mayor M.Məmmədov Strategiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Baş İdarə rəisi deyib ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbə tariximizə qızıl hərflərlə həkk olub.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bu formatda görüşün, birbaşa müzakirələrin təşkilinin mühüm əhəmiyyət daşıdığını bildirib, müvafiq gözləntiləri diqqətə çatdırıb.
Görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri QHT-lərin, ekspertlərin və bloqerlərin suallarını cavablandırıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb.
Müzakirələrdə xüsusi vurğulanıb ki, bu gün prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlət-xalq-ordu birliyi möhkəmdir və sarsılmazdır, tarixi Zəfər Azərbaycanı yeni inkişaf müstəvisinə qaldırıb.
Analoji görüşlər davam etdiriləcək.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib