logo

Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb 

14:24 05-11-2024 | icon 210
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb 

“Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi olmuş əlcəzairli qadın boksçu İman Xəlifin qızıl medalı əlindən alına bilər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb 25 yaşlı idmançıda kişi hormonlarının aşkarlanmasıdır.

Bu, artıq tibbi analizlərlə də təsdiqlənib.

Belə olan halda Xəlifin qızıl medaldan məhrum edilməsi məsələsi gündəmə gəlib. Yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək.

Qeyd edək ki, İman Xəlif 66 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.