ABŞ-da prezident seçkiləri keçirilir
ABŞ-da prezident seçkilərinə start verilib.
YeniAvropa xəbər verir ki, səsvermə məntəqələri müxtəlif ştatlarda fərqli saatlarda açılıb. Ən erkən məntəqə yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 14:00) Vermont ştatında açılıb. Meyn, Nyu Cersi, Nyu York, Virciniya kimi ştatlarda məntəqələr saat 6:00-dan etibarən seçiciləri qəbul edəcək. Paytaxt Vaşinqtonda səsvermə saat 07:00-da etibarən keçiriləcək. Vaşinqton və Alaska ştatlarında məntəqələr saat 11:00-da, Havay adalarında 12:00-da açılacaq.
Ağ evin növbəti administrasiyası uğrunda mübarizə əsasən iki partiya arasında gedəcək. Bu gün seçicilər Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında seçim edəcəklər.
ABŞ-da müxtəlif ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən erkən səsvermə başlayıb. Seçicilərin artıq 80 milyona yaxını öz səslərini veriblər. Onlar səsvermədə fiziki olaraq və ya səslərini poçt vasitəsilə göndərərək iştirak ediblər.
Donald Tramp və Kamala Harris son günə kimi prezident seçkiləri ilə bağlı keçirilən sorğularda bərabər dəstəyə malik olublar. Bu da seçkilərin nəticələrinin daha gec anons ediləcəyi ilə bağlı ehtimalları artırır.
ABŞ-da seçkilərin nəticələrini əsasən Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarının müəyyən edəcəyi gözlənilir. Seçkilərin ilkin nəticələri səslərin sayılmasından asılıdır. Sonuncu dəfə 2020-ci ildə seçkilərin nəticəsi səsvermədən 3 gün sonra elan edilmişdi.
ABŞ-ın yeni seçiləcək prezidenti 2025-ci il yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Bu, ABŞ tarixində sayca 60-cı andiçmə mərasimi olacaq.
Bugünkü seçkilərdə ABŞ-da prezident və vitse-prezident seçilməklə yanaşı, 119-cu ABŞ Konqresinin üzvlərini müəyyən etmək üçün Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 34-ü uğrunda mübarizə aparılacaq.
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı