Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Qurumdan YeniAvropa-ya verilən məlumata görə, namizədlər müəyyən tələblərə cavab verməlidir. Həmin tələblər bunlardır:
-Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
-30 yaşı keçməməli;
-Fiziki cəhətdən sağlam olmalıdırlar.
Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.
Əlavə məlumat üçün: Ünvan - Bakı şəhəri, Z. Əliyeva küçəsi 30, Əlaqə nömrəsi - 012-493-62-47, https://www.dsx.gov.az/news/1826 .