Azərbaycanın daha bir veteran cüdoçusu Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
YeniAvropa xəbər verir ki, M1 yaş kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən Mərdan Qədirli bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
100 kiloqram çəkidə İntiqam Ələkbərov (M3) isə bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl 90 kiloqramda Fərhad Rəcəbli (M8) qızıl medal qazanaraq 12 qat dünya çempionu olub. Mundiala noyabrın 7-də yekun vurulacaq.