Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları tərəfindən noyabrın 6-da Bakı Bəyannaməsi qəbul edilib.
YeniAvropa xəbər verir ki, Sammit iştirakçıları Bəyannamədə qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, quraqlıq, torpaqların deqradasiyası, meşə yanğınları, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığından dərin narahatlıqlarını bildirərək, bu problemlərin səbəblərini müzakirə etmək üçün birgə səylərin sürətləndirilməsinin, sağlam ekosistemlərin yaradılması və təkmilləşdirilməsinin vacibliyini qeyd ediblər.
Həmçinin COP29 çərçivəsində Dini liderlərin qlobal Sammitinə himayədarlığına, göstərdiyi özəl diqqətə və tədbirin ünvanına dərin məzmunlu müraciətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirilib və COP29-un işində uğurlar arzulanıb.
Dini liderlər qarşılıqlı etimad, birlik, harmoniya və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işində sivilizasiyalararası və dinlərarası münasibətlərin, milli-mədəni dəyərlərin və biliklərin, o cümlədən multikulturalizm ənənələrinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Azərbaycanın iqlim böhranı ilə mübarizədə və ekoloji problemlərin həllində liderlik etməsini və bu kontekstdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini alqışlayıblar.
Bəyannamədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin və sivilizasiyalararası dialoqun inkişafına yönəlmiş Qlobal Mədəniyyətlərarası Dialoq forumlarının, eləcə də Bakı Beynəlxalq Humanitar Forumlarının, Dünya Dini Liderlərinin Zirvə toplantılarının, eləcə də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun və Bakı Beynəlxalq “Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq” Konfransının əhəmiyyəti vurğulanıb. Həmçinin dünyanın müxtəlif regionlarından olan xristian, müsəlman, yəhudi, hinduist, buddist və digər din və inanc nümayəndələrinin müasir dünyanı təhdid edən problemlərlə bağlı vahid və yekdil mövqe bildirmək üçün bir araya gəldikləri buna bənzər dinlərarası tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Silahlı münaqişələrin, terror aktlarının, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, ekoloji fəlakətlərlə, habelə mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasından, ekosid və urbisid aktlarının və onların ağır nəticələrindən, habelə iqlim dəyişikliyi ilə mübarizəyə etdiyi mənfi təsirlərdən dərin narahatlıq ifadə edilib.
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir