Noyabrın 9-da Bakıda Ukrayna Mərkəzinin açılışı olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, mərkəz Azərbaycanda Ukrayna mədəniyyətini, dilini, irsini və təhsilini təbliğ etmək üçün yaradılırr.
Ukrayna Mərkəzi iki ölkə arasında mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi üzrə geniş təşəbbüsün bir hissəsidir. Mərkəz müxtəlif tədbirlər, o cümlədən dil proqramları, bədii sərgilər, film nümayişləri və mühazirələr keçirəcək ki, bu da onun mədəni təhsil və əməkdaşlıq mərkəzi kimi rolunu artıracaq.
Tədbir çərçivəsində ukraynalı fotoqraf Maksim Starikovun müharibə şəraitində yaşayan müasir ukraynalı uşaqlara həsr olunmuş "Uşaqların düşüncələri" adlı sərgisi təqdim olunacaq.
"Ukraynanın Azərbaycandakı səfirliyi bu əlamətdar hadisənin qeyd olunmasına qoşulmağa dəvət edir",-deyə məlumatında qeyd edilib.
Xaqani küçəsi 123 ünvanında yerləşən Mərkəzin açılışı saat 12:00-da baş tutacaq.