logo

Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib

19:19 05-11-2024 | icon 581
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına köməklik göstərməyə davam edəcək.

YeniAvropa xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bir sıra dövlətlərin səfirlərinin etimadnamələrinin təqdimatı mərasimində bildirib.

 “Bizim Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün hər şeyi etmişik və edirik. Biz 2020-2022-ci illər üçün ən yüksək səviyyədə sülh sazişi, dövlət sərhədinin delimitasiyası və məlum üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi-nəqliyyat əlaqələrinin açılması üzrə işlərə yardım göstərməyə davam edəcəyik”,- deyə Rusiya prezidenti qeyd edib.

Vladimir Putin əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri BRICS platformasında “regionda davamlı sülhə və millətlərarası harmoniyaya nail olmaq üçün fundamental məsələlər üzrə faydalı danışıqlar aparıblar”.