“Norwegian Breakaway” kruiz layneri Atlantik okeanda güclü qasırğaya düşüb-VİDEO
22:14 14-01-2018
|
2548
Norveçə məxsus “Norwegian Breakaway” kruiz layneri Atlantik okeanda güclü qasırğaya (Bomb Cyclone) düşüb. YeniAvropa-ya xəbər verir ki, sərnişinlərdən birinin siklon zamanı çəkdiyi video internetdə əsl sensasiyaya çevrilib. Həmin sərnişin qasırğa zamanı gəmidə olmağın həyəcanını kameranın yaddaşına köçürməyi bacarıb. Gəmiyə çırpılan iri dalğalar, suyun səsi və köpüklənməsi, gəminin suya batmış hissəsi videoya baxanlarda heyrət yaradır. Qeyd edək ki, video 27 dekabrda Nyu York-Baham adaları səfərində lentə alınıb və bu günlərdə internetdə yayımlanıb. Hadisə zamanı xəsarət alan olmayıb.