Ukraynanın Lvov şəhərinə 2017-ci ildə 2,6 milyon turist səfər edib.YeniAvropa xəbər verir ki, Lvov şəhər Administrasiyasının turizm idarəsinin statistikasına görə, ötən il Lvov şəhəri turistlərin hesabına 615 milyon avro qazanıb.
Ötən il Lvov şəhərinə daha çox Polşa, Belarus, Türkiyə, Almaniya, ABŞ, Litva, Böyük Britaniya, Çexiya və Kanada ölkələrindən turistlər gəlib.
Məlumata görə, hər turist gün ərzində orta hesabla 75 avro xərcləyib və ən azı 4-5 gün qalıb. 2018-ci ilin ilk iki həftəsində Lvova təxminən 250 min turist səfər edib.