İran Prezidenti Həsən Ruhani nüvə mühərrikinin yaradılması haqqında sərəncam imzalayıb.YeniAvropa xəbər verir ki, bu barədə məlumat verən İranın Nüvə Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi bildirib ki, hazırda agentliyin mütəxəssisləri Prezidentin sərəncamının icrası ilə məşğuldurlar. Nüvə mühərriki sülh məqsədləri üçün istifadə olunacaq. Yaradılacaq nüvə mühərrikinə İran gəmiçiliyinin daha çox ehtiyacı var. Böyük və uzaq mənzillərə üzən gəmilər məhz nüvə mühərriki ilə hərəkət edir.
Lakin yerli mətbuat yazır ki, Prezident Həsən Ruhani Prezident Donald Trampın 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında imzalanmış razılaşmanı tanımaqdan imtina etdiyinə görə cavab addımı atıb.
Ə.Ə.Salehi vurğulayıb ki, ABŞ administrasiyası imzalanan razılaşmaya məhəl qoymayaraq İrana qarşı iqtisadi sanksiyaları uzatmaqda davam etsə, onda rəsmi Tehran nüvə proqramını bərpa edəcək.