Böyük Britaniyanın “Jaguar Land Rover” şirkəti Çin bazarından 8952 avtomobilini təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır. YeniAvropa xəbər verir ki, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Qüsurlara görə avtomobillərin geri çağırılması üçün administrasiyaya “Jaguar Land Rover” şirkəti müraciət edib.
Geri çağırılan avtomobillər 2012-ci ilin iyunundan 2013-cü ilin oktyabrınadək olan dövrdə istehsal edilən “Jaguar XF” avtomobilləridir. Geri çağırma prosesinə yanvarın 19-dan başlanılacaq və qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.