«Səkkiz il əvvəl baş vermiş dağıdıçı zəlzələninn ildönümü günü faciəni yada salmaq, dözmkar Haiti xalqını anmaq və ABŞ-ın öz qonşusuna yardım etmək niyyətini göstərmək əvəzinə, biz Trampın ona bənzəməyənlər haqqında savadsız, irqçi baxışlarına dair fikirləri eşitməyə vadarıq”, - deyə H. Klinton qeyd edib.
Qeyd edək ki, D.Tramp immiqrasiya məsələlərinə dair iclasda ABŞ-a Afrika ölkələri, Haiti və Salvadordan gələnlərin "çirkab deşiklər"dən gəldiklərini deyib.
Artıq Haiti hökuməti öz ünvanına səsləndirilən alçaldıcı ifadələrə görə izahat verilməsi üçün ABŞ-ın bu ölkədəki nümayəndəsini aidiyyəti quruma çağırıb.(“Report”)