Bu gün gecə saatlarında başlayan qar fırtınası səbəbindən Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan olunub. Astana Beynəlxalq Aeroportu müvəqqəti olaraq bağlanıb.YeniAvropa hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, aeroportun ilkin olaraq yerli vaxtla saat 15:00-dək (Bakı vaxtı ilə saat 13:00) fəaliyyət göstərməyəcəyi ehtimal olunur.
Əlverişsiz hava şəraiti səbəbindən, həmçinin şəhərdən çıxan bütün avtomobil magistrallarında nəqliyyatın hərəkəti bütün istiqamətlər üzrə dayandırılıb. Məktəblərdə və kolleclərin aşağı kurslarında məşğələlər ləğv olunub. Həyat əhəmiyyətli xidmətlər istisna olmaqla, digər təşkilatlara fəaliyyətlərini dayandırmaq tövsiyə edilib.