logo

İranın döyüş gəmisi Xəzərdə qəzaya uğrayıb

09:03 11-01-2018 | icon 2275
İranın döyüş gəmisi Xəzərdə qəzaya uğrayıb

İrana silahlı qüvvələrinə məxsus  döyüş gəmisi “Demavend” Xəzər dənizində qəzaya uğrayıb. YeniAvropa “dunya.com” saytına istinadla xəbər verir ki, ölkənin ən böyük döyüş gəmilərindən “Demavend”də 18 nəfər olub, onlardan altısı qəza zamanı dənizə düşüb.

Yerli mənbələrə görə, dənizə düşən altı nəfərdən dördü xilas edilib, lakin onlardan ikisi tapılmayıb. Buna görə də axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2013-ci ildə dənizə endirilən döyüş gəmisinin uzunluğu yüz metrdir və 300 ton ağırlığındadır.