logo

60 milyon $ dəyərində neft daşıyan İrana məxsus tanker üç gündür  yanır

23:46 10-01-2018 | icon 2492
60 milyon $ dəyərində neft daşıyan İrana məxsus tanker üç gündür  yanır

Üç gün öncə Çin dənizində qəzaya uğramış və bir milyon barel neft yükü olan İrana məxsus tanker hələ də yanır.YeniAvropa xəbər verir ki, yanğının bundan sonra hələ iki həftə davam edəcəyi bildirilir.

BBC-yə açıqlama verən enerji mütəxəssisi Con Driskol bildirib ki,  kondensat nefti xam neftlə müqayisədə qoxusuz və rəngsizdir. Onu müəyyən etmək və təmizləmək bu səbəbdən çox çətindir. 

Xatırladaq ki, insident yanvarın 7-də gecə saatlarında baş verib. Panama bayrağı altında üzən “Sanchi” neft tankeri Çinin şərq sahilləri yaxınlığında Honkonqa məxsus “CF CRYSTAL” yük gəmisi ilə toqquşub. İran kompaniyasına məxsus tankerin göyərtəsində olan 32 nəfərdən 30-u İran, 2-si isə Banqladeş vətəndaşıdır. Qəza nəticəsində onlarla əlaqə kəsilib. Honkonqun yük gəmisində olan 21 ekipaj üzvü isə xilas edilib.

Məlumata görə neft tankeri 60 milyon dollar dəyərində  nefti Cənubi-Koreyaya aparırmış.(Seanews)