logo

Kiyevdə fövqəladə vəziyyət: kütləvi tədbirlər məhdudlaşdırıldı

20:18 10-01-2018 | icon 2303
Kiyevdə fövqəladə vəziyyət: kütləvi tədbirlər məhdudlaşdırıldı

Ukraynanın paytaxtı Kiyevdə qızılca xəstəliyinin yayılması ilə bağlı şəhərdə kütləvi tədbirlərin keçirilməsi bir ay müddətində məhdudlaşdırılıb. YeniAvropa xəbər verir ki, bunu yanvarın 10-da keçirilən mətbuat konfransında Kiyev şəhər Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik bildirib. Onun sözlərinə görə, Administrasiyanın qərarı müvafiq təşkilatlara göndərilib. 30 gün ərzində vəziyyət normallaşmasa, paytaxtda kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması müddəti uzadılacaq. N.Povoroznik, həmçinin qeyd edib ki, qızılcaya qarşı peyvənd olunmayan uşaqlar bağça və məktəblərə buraxılmayacaq.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən başlayaraq Kiyevdə 61 nəfərin qızılca xəstəliyinə tutulduğu aşkarlanıb. Onlardan 49-u uşaqdır.