logo

Özbəkistanda təkrar Həcc ziyarəti qadağan edildi

20:03 09-01-2018 | icon 2464
Özbəkistanda təkrar Həcc ziyarəti qadağan edildi

Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyulub və təkrar Həcc ziyarətinə getməyə məhdudiyyət tətbiq edilib. YeniAvropa yerli mətbuata istinadn xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Artıq bundan sonra Həccə getmək istəyənlərdən daha əvvəl ziyarətdə olmamaları barədə arayış tələb olunacaq. Qeyd edək ki, daha əvvəl bu tələb son 5 ildə Həcc ziyarətində olmamaqla kifayətlənirdi.

Həcc ziyarətinə namizədlərin seçimi rayon (şəhər) hakimləri tərəfindən yaradılmış 7 nəfərdən ibarət işçi qrupları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəlində Özbəkistan Müsəlmanları Dini İdarəsi Həcc ziyarəti məqsədilə Məkkəyə getmək istəyənlər üçün tələbləri sərtləşdirib. Belə ki, ziyərət üçün namizəd kifayət qədər vəsaitə sahib olmalı, həmçinin yaşadığı məhəllədə nüfuzlu şəxs olmalıdır.