logo

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti yenə uzadılacaq

20:07 08-01-2018 | icon 2219
Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti yenə uzadılacaq

Türkiyədəki mövcud fövqəladə vəziyyət rejiminin müddəti yenə uzadılacaq. YeniAvropa  "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ məlumat verib.

O bildirib ki, bu yaxınlarda fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar rəsmən qüvvəyə minəcək.

Qeyd edək ki, Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyətin gələn ay ləğv ediləcəyi bildirilirdi.

Xatırladaq ki, sonuncu dəfə fövqəladə vəziyyət rejiminin müddəti ötən il oktyabrın 13-də üç ay uzadılmışdı.